Trampın bütün açıqlamaları ABŞ daxili siyasəti üçündür,...
Dünən, 09:35

Tramp deyir ki, Ukraynaya 300 mlrd. dollara yaxın yardım olub, Zalenski isə deyir ki, bu yardımın cəmi 100 mlrd. dollara yaxını Ukraynaya aiddir.
Tramp da soruşur ki, bəs qalan pullar hanı?
Məncə bu işin məğzi belədir: Tramp Zelenskidən, “bu çatışmayan vəsaiti Demokratik Partiyadan, Baydendən, oğlundan soruşun”, deməyini istəyir ki, ABŞ daxilində gedən ciddi mübarizədə Demokratik Partiyaya bağlı “dərin dövləti” tamamən sıradan çıxartsın. Məsələ budur – Trampın bütün açıqlamaları ABŞ daxili siyasəti üçündür, öz seçicisinə ünvanlanıb, bunu anlayanda, mənzərə az-çox aydın olur.
Tramp öz seçicisi, ABŞ xalqı qarısında məsuliyyət daşıyır, onun hamının xoşuna gəlmək istəyi, bütün dünyanın onu sevməsi kimi dərdi yoxdur. Dili-üslubu incidicidir, hətta qəzəb doğurur, amma sözlərinin ünvanı ABŞ xalqı, istəyi isə ABŞ daxilində gedən mübarizəni udmaqdır.
Daha bir məsələ odur ki, Tramp və komandası Putinə, Rusiyaya "sağmal inək" kimi baxır - son 80 ildə o "inəyi" Avropa "sağırdı", son 10 ildə, 2014-dən sonra "inəyi" Çin sağmağa başladı - indi Tramp istəyir ki, "inəyin südü-qatığı-qaymağı" ABŞ-a çatsın...
Natig Cəfərli
TEREF