Putin Ukraynada münaqişəyə son qoymaq üçün Trampın əsas şərtini açıqlayıb
Bu gün, 10:24
Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampa bildirib ki , Ukraynada münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün əsas şərt Kiyevə yardımın tamamilə dayandırılması olmalıdır.
32gun.az bildirir ki, bu barədə Kremlin iki lider arasında telefon danışığından sonra dərc olunan bəyanatında qeyd edilib.
Bundan əlavə, Putin Trampa işarə edib ki, eskalasiyanın qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının verilməsini tamamilə dayandırmaq lazımdır.
“Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısını almaq və onun siyasi və diplomatik yollarla həllinə çalışmaq üçün əsas şərt xarici hərbi yardımın tamamilə dayandırılması və Kiyevə kəşfiyyat məlumatlarının verilməsi olmalıdır”, - Kremlin bəyanatında deyilir.
Prezidentlər həmçinin Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya və ABŞ-ın ekspert qrupları yaratması barədə razılığa gəliblər.
Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığı başa çatıb.