Tramp Ukrayna üzrə sazişin konturlarının müəyyənləşdiyini açıqlayıb

22-03-2025, 11:24           
Tramp Ukrayna üzrə sazişin konturlarının müəyyənləşdiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp onun rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə təmaslarının nəticəsi olaraq artıq Ukrayna üzrə gələcək sazişin konturlarının müəyyənləşdiyini açıqlayıb.

TASS xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Bildiyiniz kimi, prezident Zelenski və prezident Putinlə çox yaxşı danışıqlar apardım, bu cənablarla çox yaxşı söhbət etdim. Düşünürəm ki, artıq sazişin konturları var. Ümid edirəm ki, sazişin konturları var”, – Tramp deyib.

O həmçinin bir daha təkrarlayıb ki, əgər o, 2022-ci ildə prezident olsaydı, Ukrayna münaqişəsi heç vaxt baş verməzdi, çünki ABŞ-nin o zaman “səriştəli prezidenti” yox idi.

“Düşünürəm ki, çox tezliklə Ukraynada tam atəşkəsə nail olacağıq, sonra isə saziş bağlayacağıq. İndi isə saziş, ərazilərin bölünməsi barədə danışıqlar aparılır. Bu danışıqlar hazırda davam edir”, – dövlət başçısı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru