Ər-Riyadda müzakirə olunan məsələlər…

25-03-2025, 15:44           
Ər-Riyadda müzakirə olunan məsələlər…
Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsini müzakirə edir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu Qara dəniz təşəbbüsü və onunla bağlıdır:

“Bu, ABŞ Prezidenti Donald Trampın təklifidir və Rusiya Prezidenti Vladimir Putin də bu təklifi qəbul edib. Rusiya nümayəndə heyəti bu mandatla Ər-Riyada danışıqlara yola düşüb”.

Peskov həmçinin qeyd edib ki, Moskva və Vaşinqton Ukraynada vəziyyətin nizamlanmasına dair ümumi istəyə malikdir, lakin tərəflər hələ çoxsaylı texniki məsələləri həll etməlidirlər. O bildirib ki, nizamlanma ilə bağlı bir çox məqamlar üzərində işləmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru