Putinin müşavirinin bacısı gizli şəkildə Kiyevə gedib - “Foreign Policy”

30-04-2025, 00:04           
Putinin müşavirinin bacısı gizli şəkildə Kiyevə gedib - “Foreign Policy”
Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin bacısı Natalya Dmitriyeva ABŞ pasportu ilə Ukraynaya gizli səfər edib.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşərinin jurnalisti Keti Livinqston mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Dmitriyeva 2025-ci ilin fevralın 8-də Ukrayna ərazisinə daxil olub, 12 fevralda isə ölkəni tərk edib.

Livinqston bildirib ki, Natalya Dmitriyeva 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumundan sonra anası Tamara Şevçenko ilə birlikdə Ukraynadan çıxıb:

“Əvvəllər onlar Ukrayna pasportuna sahib idilər, amma son illər Ukraynaya ABŞ pasportu ilə gedirlər. Onların hazırda harada yaşadıqları barədə məlumat yoxdur”.

Bundan başqa, Livinqstonun mənbələri bildiriblər ki, Dmitriyevlər ailəsi Ukrayna və Avropada böyük aktivlərə sahibdir.

Qeyd edək ki, bir müddət öncə Kirill Dmitriyevin atası, məşhur alim Aleksandr Dmitriyevin hələ də Kiyevdə yaşadığı və orada işlədiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Kirill Dmitriyev 1975-ci ildə Kiyevdə anadan olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru