ABŞ-Çin ticarət danışıqları yekunlaşdı

11-06-2025, 11:14           
ABŞ-Çin ticarət danışıqları yekunlaşdı
ABŞ və Çin nümayəndələri Londonda ticarət danışıqlarını başa çatdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” adını çəkmədiyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 9-da başlayan danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen təmsil edib. Amerika nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri daxil idi.

Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100 faizdən çox olan qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.

İyunun 5-də Çin prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru