Zelenski: Seulu və Tokionu da təhlükə gözləyir

Dünən, 11:34           
Zelenski: Seulu və Tokionu da təhlükə gözləyir
“Rusiya yenə Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə edir. Şimali Koreyada Rusiya-İran dronlarının yayılması həm Avropa, həm də Şərqi və Cənub Şərqi Asiya regionu üçün maksimal təhlükədir. Bizim torpaqlarda gedən bu müharibə nə qədər uzanarsa, döyüş əməliyyatları texnologiyaları bir o qədər dəyişəcək və təhlükə artacaq”.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında belə yazıb.

O bildirib ki, bütün bunlara “indi reaksiya vermək lazımdır”. Əks halda, Seulu və Tokionu da təhlükə gözləyəcək.

V.Zelenski yazıb ki, Rusiyanın bugünkü zərbəsi nəticəsində Ukraynanın müxtəlif regionlarında yaşayış evlərinə ziyan dəyib, Odessada doğum evi zərər görüb, Odessa kinostudiyası yararsız hala düşüb, paytaxtda isə Sofiya Kiyevskaya kilsəsinin fasadı dağılıb.

Ukrayna Prezidenti qeyd edib: “Buna reaksiya vermək lazımdır. Onları dayandırmaq vacibdir, bu, təkcə bizim – Ukrayna üçün yox, bütün dünya üçün zəruridir – Rusiya sülhə məcbur edilərsə, bundan bütün dünya qazanacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.