Fridrix Merts Rusiyaya XƏBƏRDARLIQ ETDİ

Dünən, 10:14           
Fridrix Merts Rusiyaya XƏBƏRDARLIQ ETDİ
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər.
TASS xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında deyib.

"Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işi sürətləndirəcəyik. Minnətdaram ki, dünən Avropa Komissiyası 18-ci sanksiyalar paketi ilə bağlı təkliflər təqdim edib. Hər şey plana uyğun getsə, o, gələn həftə qəbul olunacaq", - o deyib.

Mertsin sözlərinə görə, Vaşinqtonda da Konqres və administrasiya tərəfindən mümkün tədbirlərə də hazırlıq gedir.

Almaniya kansleri həmçinin bildirib ki, Rusiya Atlantikanın hər iki tərəfində təhdidlər yaradır.

Daha əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi zədələnmiş “Şimal axını”nın istifadəsinə qadağa, bankların və tankerlərin “qara siyahı”ya salınması, Aİ ölkələrinin Rusiya neftinin alınmasına qadağa qoyulması və neftin qiymətinin aşağı salınması cəhdini əhatə edəcək.

İndi Aİ-nin bu təşəbbüsləri əvvəlcə səfirlər, sonra isə ittifaqın xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən təsdiqlənməlidir. Avropa Komissiyası buna iyunun sonunda Aİ və NATO sammitləri ilə nail olacağına ümid edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.