YAP-dan Arif Məmmədovun prezidentə müraciətinə cavab: "O bitmiş bir adamdır”.

18-06-2015, 15:20           
YAP-dan Arif Məmmədovun prezidentə müraciətinə cavab: "O bitmiş bir adamdır”.
Yeni Azərbaycan Partiyası (YAP) İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovun Prezident Administrasiyasındakı bir sıra məmurları Qərbin, Avropa İttifaqının, Avropa Şurasının, indi isə səfirlərin Azərbaycan hakimiyyətinə qarşı sövdələşməsi ilə bağlı yalanlar uydurmaqda günahlandırmasına münasibət bildirib.

YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov AzVision.az-a açıqlamasında deyib ki, A. Məmmədovun bu ittihamlarının heç bir əsası yoxdur.
“Arif Məmmədovla bağlı dediklərimin üstündə dururam. Bu insan xalqına, dövlətinə xəyanət etmiş adamdır. Onun yazdıqları, müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir. İnsanlar onun əsl kimliyini yaxşı tanıdı. O bitmiş bir adamdır”.
Qeyd edək ki, Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib. A.Məmmədov bu barədə öz facebook səhifəsində yazıb. Keçmiş səfir məktubunda qeyd edib ki, ölkə rəhbərliyinə qarşı gizli siyasi qəsd planı hazırlanması barədə yazılanlar dövlət başçısının ətrafındakı müəyyən şəxslər tərəfindən maliyyələşdirilib: “Bir vaxt Sizə yazdığım məktubda bildirmişdim ki, PA-da müəyyən çevrə özlərinin faydasız gərəkliliyinə bəraət qazandırmaq üçün Qərbin, Avropa Şurasının, Avropa Birliyinin, bu dəfə isə səfirlərin güya qəsd hazırladığını uydururlar...
Cənab Prezident, bu adamlar Sizin imicinizə zərbə vurur və qəsdən dünyada ölkənin neqativ imicini formalaşdırırlar. Siz bu adamları çox gözəl tanıyırsınız. Onlar komandanızın sonuncu ən yaxşı kadrlarına hücum edirlər.
Bu gün onlar hədəf kimi xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını seçiblər. Təcili addımlar atmasanız, onlar dayanmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.