Gürcüstan prezidenti Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi

31-05-2017, 21:24           
Gürcüstan prezidenti Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi
“Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir”, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Gürcüstandan çıxarılması faktını jurnalistlərə şərh edərkən deyib.

Dövlət öz nüfuzunu qorumalıdır. “Bu iş üzrə vəkilin bəyanatı bir neçə səbəbdən çox ağırdır. İlk növbədə, biz jurnalistlərin və insan hüquqlarının müdafiəsi məsələlərində Gürcüstanın regionun lideri olmasından qürur duyuruq. Bu, dövlətçiliyimizin və suverenliyimizin mühüm parçasıdır”.

Prezident söz verib ki, bu məsələ ətraflı araşdırılacaq və təhlil ediləcək, xəbəri Tbilisinin IPN agentliyi yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru