Azərbaycanlı azərkeşlərdən gürcülərə cavab - FOTOLAR

9-07-2015, 23:34           
Azərbaycanlı azərkeşlərdən gürcülərə cavab - FOTOLAR
“Borçalı - qədim Azərbaycan torpağıdır”.

Avropa Liqasının təsnifat mərhələsisinin “Qəbələ” və “Dinamo” (Tbilisi) arasında keçirilən cavab qarşılaşmasında azərbaycanlı azərkeşlər tribunalarda Azərbaycanın xəritəsini və bir neçə plakat açıblar. Oxu.az xəbər verir ki, bu plakatların birində - “Borçalı - qədim Azərbaycan torpağıdır”, digərində isə “Sarvan. Marneuli yox” yazılıb.

Xatırladaq ki, Gürcüstanda keçirilən ilk oyunda gürcülər “Biz 1921-ci ildə Zaqatala və Qaxı xatırlayırıq” yazısı olan plakat açmışdılar.

Həmçinin gürcü azərkeşlər “Qəbələ klubunun 4 azərkeşini döyüb, onlardan Azərbaycan bayraqlarını alaraq, onları ayaqlar altına atıb və tapdalayıblar.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.