Feysbuka qarşı kampaniya: Elan Mask da qoşuldu

24-03-2018, 09:39           

Elon Mask rəhbəri olduğu “SpaceX" və "Tesla" şirkətlərinin Feysbuk səhifələrini silib.

Axar.az xəbər verir ki, Maskın belə addım atmasına səbəb Votsapın qurucusu Brayan Ektonun #Feysbukusil həştəqinə dəstək verməsi olub. Belə ki, Mask Tvitter hesabında "Feysbuk nədir?" (What’s Facebook?) deyə tvit paylaşıb.

Ardınca isə “SpaceX" və "Tesla" şirkətlərinin Feysbukdakı hesabları qapadılıb.

Qeyd edək ki, Kembric Analitik Şirkəti tərəfindən 50 milyon Feysbuk istifadəçisinin məlumatları qeyri-qanuni şəkildə istifadə edilib. Firma Donald Trampın seçki kampaniyasını internet üzərindən aparıb. Eyni zamanda, britaniyalı Breksit tərəfdarı olan siyasətçilərə soydaşlarını Avropa Birliyindən çıxmaqda inandırmaq məsələsində dəstəkləyib. İndi aydın olub ki, Feysbuk bu barədə məlumatlı olub, iki il ərzində bu qanun pozuntusu haqqında bir qərar verməyib.

Brayan Ekton bu məsələyə Tvitterdə belə bir reaksiya verib: "Artıq zamanı gəlib". O, bu cümləyə #Feysbukusil həştəqini əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru