DÜNYA MÜHARİBƏYƏ DOĞRU GEDİR!

3-05-2018, 00:20           

Dünyanın müdafiə xərcləri 2 trilyon dollara yaxınlaşıb. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIRRI) illik hesabatına görə, dünyada müdafiə xərcləri soyuq müharibədən sonra pik həddinə çatıb. Hərbi xərclərə görə, ABŞ birinci yerdədir. Müdafiəyə 18 milyard dollardan artıq pul ayıran Türkiyə isə 15-ci yerdədir.

SIRRI-nın məlumatına görə, 2017-ci ildə müdafiə xərcləri 1,1 faiz artaraq 1 trilyon 739 milyard dollara yüksəlib.

ABŞ-ın 2017-ci il müdafiə büdcəsi 610 milyard dollarla dünyada müdafiəyə qoyulan investisiyanın üçdən birini təşkil edir.

ABŞ-ın müdafiə büdcəsi ikinci yerdə qərarlaşan Çinin hərbi xərclərindən 2,2 dəfə çoxdur. ABŞ-ın 2018-ci ildə 700 milyard dollarını müdafiəyə ayıracağı təxmin edilir.
Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru