Komitə sədri: “Azərbaycanda keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalarını alacaqlar”

3-05-2018, 16:08           

“Azərbaycanda keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalarını alacaqlar”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O xatırladıb ki, Baş Prokurorluq və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi keyfiyyətsiz dərman vasitələrini yayanları ifşa edib: “Həkimlərlə birgə cinayət əlaqəsinə girilərək keyfiyyətsiz dərman vasitələrinin geniş yayılması və əhalinin sağlamlığına mənfi təsir edən hadisələr baş verir. Həmin insanlar cəzalarını alacaqlar. Dərman vasitələrinə daim nəzarət olmalıdır”.

Komitə sədri bildirib ki, keyfiyyətli dərman vasitələri olmazsa, əhaliyə normal tibbi yardım etmək olmaz: “Keyfiyyətsiz dərmanların da müalicəsi də xoşagəlməz hallara yol açır. Ona görə də bu istiqamətdə nəzarət artırılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru