ABŞ Konqresində Azərbaycanda vəziyyətə dair dinləmələr keçiriləcək

4-05-2018, 00:30           

Mayın 9-da ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirəcək.

ABŞ-ın Helsinki Komitəsinın anonsunda deyilir ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib.

Bu ilin aprelində keçirilən seçkilərdəki beynəlxalq müşahidəçilər “ölkənin siyasi mühitinin, həmçinin əsas hüquq və azadlıqların məhdudlaşdırıldığını” qeyd ediblər.

Seçki ərəfəsində hakimiyyət bəzi müstəqil xəbər saytlarını bloklayıb, tanınmış müstəqil jurnalistləri həbs edib.

2017-ci ilin dekabrında Avropa məhkəməsi 2013-cü ildən həbsdə olan müxalifətçi İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə qərar çıxarıb. Ancaq hakimiyyət buna məhəl qoymayıb.

Debatlar zamanı tanınmış tarixçi, professor Odri Alştadt, “Meydan” TV-nin direktoru Emin Milli, Freedom Now -nun icraçı direktoru Maran Turner çıxış edəcəklər. (Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru