"Qarabağ Azərbaycanın tərkibində olsa oradakı əhali çox yaxşı yaşayar" - Milli Məclis sədrinin müavini

7-05-2018, 20:19           
"Qarabağ Azərbaycanın tərkibində olsa oradakı əhali çox yaxşı yaşayar" - Milli Məclis sədrinin müavini
“Dağlıq Qarabağda, Abxaziyada, Osetiyadakı münaqişələr həll edilərsə, vəziyyət tamamilə yaxşı olar. Sovet dövründə Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti qənaətbəxş idi. Qarabağ yüksək səviyyədə inkişaf etmiş əraziyə çevrilə bilər”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

O bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olsa, yüksək səviyyədə inkişaf edər və əhali çox yaxşı şəraitdə yaşa bilər: “Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi elan edir ki, orada 41 min nəfər seçici var, amma ordunun təlimində qeyd edirdilər ki, təlimlərdə 44 min hərbçi iştirak edib. Bu necə ola bilər?”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.