Cənubi Koreya prezidenti Yaponiyanı KXDR-lə münasibətləri normallaşdırmağa çağırıb

8-05-2018, 07:49           
Cənubi Koreya prezidenti Yaponiyanı KXDR-lə münasibətləri normallaşdırmağa çağırıb
Cənubi Koreya prezidenti Mun Çje İn Yaponiyanı KXDR-lə münasibətlərin normallaşdırılması dialoqunu yeniləməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə o, "Yomiuri" qəzetinə müsahibəsində bildirib. "Mən düşünürəm ki, Şimali Koreya ilə Yaponiya arasında dialoqun yenilənməsi xüsusən vacibdir", - deyə o bildirib. Onun sözlərinə görə, əgər KXDR-lə Yaponiya arasında münasibətlər normallaşsa, bu, Koreya yarımadasından və Şimal-Şərqi Asiyadan kənarda sülh və təhlükəsizliyin təminatına bir çox töhfələr verər. Daha əvvəl Mun Çje In Koreya yarımadasında sülhün zəruri şərtlərini açıqlayıb. Aprelin sonunda məlum olub ki, Yaponiya və ABŞ Koreya Xalq Demokratik Respublikasına KXDR-in nüvəsizləşdirilməsi üçün təzyiqi davam etdirməyi razılaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru