ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

8-05-2018, 07:56           

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib.



APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.



Məlumata əsasən, “qara siyahıya” üç fiziki şəxs və 20 şirkətin adları daxil edilib. Bildirilib ki, sanksiyalara məruz qalan şəxslər beynəlxalq narkotik qaçaqmalçılığı ilə məşğul olur, siyahıdakı şirkətlər isə bilavasitə onların nəzarətindədir.

Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, “qara siyahıya” adı əlavə edilənlərdən biri – Pedro Luis Martin Olivares vaxtilə Venesuela Milli Kəşfiyyat İdarəsində maliyyə kəşfiyyatına rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru