Səlim Müslümovla Heydər Əsədov YAP-ın “qara siyahı”sında - SABİQLƏRDƏN YALNIZ ONLAR...

8-05-2018, 11:12           
Səlim Müslümovla Heydər Əsədov YAP-ın “qara siyahı”sında - SABİQLƏRDƏN YALNIZ ONLAR...
Dünən hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirlib.

Gununsesi.info-nun xəbərinə görə, “Four Seasons” otelində təşkil olunan ziyafətdə nazirlər, millət vəkilləri, icra başçıları ilə yanaşı həm də Heydər Əliyev dönəmində yüksək vəzifə tutan YAP simaları da qatılıb.


Tədbirdə diqqəti çəkən bir məqam isə gözdən yayınmayıb. Belə ki, bu yaxınlarda vəzifəsini itirən baş nazirin müavini İsmət Abbasov, həmçinin, digər sabiq nazirlərdən bəziləri ziyafətdə olsalar da ancaq Səlim Müslümov və Heydər Əsədov gözə dəyməyib.

Bu isə adıçəkilən şəxslərin artıq YAP üçün arzuolunmaz adamlar olduğunu göstərir.

Göründüyü kimi, həm, Səlim Müslümovun, həm də Heydər Əsədovun başının dərddə olması barədə iddiaların doğrululuğuna inam artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru