Rusiya hərbi qüvvələrini Dəməşqə yeritdi - 5000 insan təxliyə olundu

13-05-2018, 23:10           
Rusiya hərbi qüvvələrini Dəməşqə yeritdi - 5000 insan təxliyə olundu
Rusiyanın hərbi qüvvələri Suriyadakı atəşkəsi izləmə mərkəzinin əldə etdiyi razılaşmalar çərçivəsində paytaxt Dəməşqin terrorçulardan təmizlənən cənub məhəllələrində asayişin qorunmasına başlayıb.

Polis Beyt-Sahm, Sidi-Mikdad, Babbila ve Yalda məhəllələrində axtarış əməliyyatları aparıb. Sözügedən bölgələrdə asayişin təmin edilməsi üçün piyada və motosikletli polislər gün ərzində gəzir və 24 saat xidmətdə olan əsgərlərlə iş birliyi həyata keçirir.

Əməliyyatlar çərçivəsində mayın ilk 8 günündə Dəməşqin cənub məhəllələrində 3200-dən çox terrorçu 5000-dən çox ailə üzvü ilə birlikdə təsbit edilərək şəhərdən təxliyə olunub.

Dəməşqin cənubunda kiçik bir bölgə hələ də İŞİD terror təşkilatının nəzarətində qalıb. Suriya hökumətinin ordusu bu bölgədə xüsusi əməliyyatlarını davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.