Elmar Məmmədyarov dayısı İbrahimbəyovun cavabını versin - Sabiq nazirdən ÇAĞIRIŞ

27-05-2018, 09:01           

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Elmar Məmmədyarovu hesabat verməyə çağırıb.

İnterpress.az xəbər verir ki, sabiq nazir xarici işlər naziri Elmar Məmmədyarovu Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu qalmaqallı filminə münasibət bildirməyə çağırıb.

Sabiq nazir qeyd edib ki, R.İbrahimbəyov Azərbaycanın XİN rəhbərinin dayısıdır: “Elmar Məmmədyarovun bu məsələ ilə əlaqədar nə düşündüyünü bilmək istəyirəm”.

Qeyd edək ki, 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı "vəhşi", "qəddar", "riyakar", "mədəniyyətsiz", "milli kökləri olmayan" obrazda, ermənilər isə "ailicənab", "sülhsevər", “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin senari müəllifi Rüstəm İbrahimbəyov, rrejissorları isə Eldar Şengelaya, Fuad İbrahimbəyovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru