Qurban Məmmədovun mühacirətə getdiyi təsdiqləndi – “Buna məcbur elədilər”

28-05-2018, 00:00           
Qurban Məmmədovun mühacirətə getdiyi təsdiqləndi – “Buna məcbur elədilər”
Azərbaycanın tanınmış hüquqşünaslarından biri, “Hürriyyət” qəzetinin keçmiş təsisçisi Qurban Məmmədov siyasi sığınacaq almaq üçün Britaniya Krallığına müraciət edib.

Bu haqda məlumatı Gununsesi.info saytı onun yaxınlarına istinadla yayıb.

Qurban Məmmədov isə artıq siyasi mühacir olduğunu təsdiqləyib: “Təəssüf ki, buna məcbur elədilər”.

Bildirilir ki, hazırda Böyük Britaniya Krallığında olan Qurban Məmmədovun bu addımı atmasına səbəb onun yenidən həbs edilmə ehtimalı olub.

Qeyd edək ki, Q.Məmmədov bir neçə dəfə siyasi məhbus həyatı yaşayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru