Livan mətbuatından ŞOK İDDİA: “Vəliəhd Şahzadə VURULUB VƏ YARALANIB”
28-05-2018, 13:26
İslami Dirçəliş Partiyasının baş katibi Məhəmməd al-Masari etibarlı mənbələrdən məlumat verildiyini qeyd edərək, Səudiyyə Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın ötən ayın sonlarında kral sarayının kənarından açılan atəş nəticəsində vurulduğunu və yaralandığını iddia edib.
Livanda nəşr edilən Hizbullaha yaxını “Al Mayadeen” TV kanalına danışan İslami Dirçəliş Partiyasının baş katibi Məhəmməd al-Masari etibarlı mənbələrdən məlumat aldığını və Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın bir gülləylə yaralandığını ifadə edib. Kral ailəsi daxilindəki mənbələrin bu məlumatı ötürdüyünü deyib.
Al-Masari Vəliəhd Şahzadənin media qarşısına çıxaraq bir çevriliş cəhdinin olmadığını və deyilənlərin yalan olduğu haqda açıqlama verəcəyi də bildirilir.
Bir çox jurnalist Ər-Riyadda 21 apreldə kral sarayının qarşısında ağır odlu silahlardan açılan atəş səslərini eşitdiklərini xəbər veriblər. Səudiyyə Ərəbistanının dövlət televiziyası isə bunun saraya çox yaxınlaşan oyuncaq bir dron tərəfindən edildiyini irəli sürüb.
YAXINLIQDAKI BİR HƏRBİ ANBARA QAÇIRILIB
Ancaq bəzi Səudiyyəli müşahidəçilər silahlı təcavüzün dronla əlaqəsi olmadığını, ağır silahlar daşıyan bir zirehli texnikadan atəş açılaraq hücum edildiyini bildiriblər. Şahzadənin isə yaxınlıqdakı bir hərbi bazaya təhlükəsizlik məqsədilə qaçırıldığı bildirilib.
HADİSƏ ƏRƏFƏSİNDƏ DÜNYA TURU PLANLAŞDIRMIŞDI
Hadisənin isə gənc Vəliəhd Şahzadənin özünü Kraliyyətin yeni varisi olaraq bütün dünyaya çatdırmaq üçün çıxacağı turdan əvvəl həyata keçirildiyi iddia edilib. Vəliəhd Şahzadənin kral ailəsi içində də gərginliyə səbəb olduğu iddia edilib.
Müxalifət.az