Hacı Sabirin oğluna yüksək vəzifə verildi - Dövlət Gömrük Komitəsində

29-05-2018, 19:28           
Hacı Sabirin oğluna yüksək vəzifə verildi - Dövlət Gömrük Komitəsində
Avtonəqliyyat Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəis müavini Hüseyn Həsənlinin vəzifəsindən azad edərək, onu Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edib.

Qeyd edək ki, Hüseyn Həsənli QMİ sədrinin birinci müavini Hacı Sabir Həsənlinin oğludur.

Xatırladaq ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayor İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru