ABŞ dövlət katibi Nyu Yorkda KXDR emissarı ilə görüşəcək 30-05-2018, 08:50 ABŞ dövlət katibi Mayk Pompeo Nyu Yorkda KXDR emissarı, Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çxol ilə görüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında deyilir. Məlumata görə, görüşün məqsədi iyunun 12-də Sinqapurda keçiriləcək ABŞ-KXDR sammitinə dair məsələləri müzakirə etməkdir. Facebook-da paylaş