Ağ Ev: “ABŞ ilə KXDR arasında danışıqlar müsbət keçir”

31-05-2018, 06:50           

ABŞ və Şimali Koreya nümayəndələri arasında keçirilən danışıqlar hələ ki, müsbət keçir.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.



“Görüşlər haqqında məlumatlar hələ ki, müsbətdir, irəliləməyə davam edəcəyik”, deyə S.Sanders qeyd edib.



Ağ rəsmisi xatırladıb ki, hazırda Sinqapurda olan Ağ Evin aparat rəhbərinin müavini Co Heyqen Şimali Koreya nümayəndələri ilə danışıqlar aparır.



İki ölkə rəsmiləri arasında daha bir görüş KXDR-Cənubi Koreya sərhədində yerləşən Phanmuncom məntəqəsində keçirilib. Bu danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin Filippindəki səfiri Sun Kim rəhbərlik edir.



Bu gün isə Nyu-Yorkda ABŞ dövlət katibi Mayk Pompeo Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının sədrinin müavini Kim Yon Çxol ilə görüşəcək.



Xatırladaq ki, Şimali Koreya və ABŞ rəsmiləri qarşıdan gələn zirvə görüşünə hazırlıq məqsədilə danışıqlar aparır. İyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün keçiriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru