Tramp peşmanlığını dilə gətirdi: "Kaş ki, başqasını seçsəydim"

31-05-2018, 07:06           
Tramp peşmanlığını dilə gətirdi: "Kaş ki, başqasını seçsəydim"
ABŞ prezidenti Donald Tramp Ceff Sessionsu ədliyyə naziri təyin etməsinə peşman olub.

Teleqraf.com xəbər verir ki, Tramp Sessionsun Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı aparılan istintaq işindən özünü kənarda tutmasını tənqid edib.

O, Tvitterdəki paylaşımında peşmanlğını dilə gətirib: "Ədliyyə naziri olaraq Sessionsun özünü "Rusiya işi"ndən kənarda tutması doğru deyil. "Əgər o, vaxtında mənə "üzrlü sayın, qarşımdakı ən önəmli dosya ilə maraqlanmayacam" desəydi, başqasını nazir təyin edərdim. Ölkədə çoxlu sayda yaxşı hüquqşünas var. Tramp başqa birini seçə bilərdi. Kaş ki, başqasını seçsəydim".



Ceff Sessions Trampın tənqidlərinə cavab olaraq ölkəsi üçün çalışmaqda davam edəcəyini bildirib.

Sessionsun 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru