Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib - Paşinyandan Kremlə ŞOK ZƏRBƏ

31-05-2018, 13:39           
Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib - Paşinyandan Kremlə ŞOK ZƏRBƏ
Ermənistanın Energetika Nazirliyi “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) ”Tashır Kapital” şirkətinə verilməsi barədə müqaviləni ləğv edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, şəbəkə 2017-ci il avqustun 24-də “Tashır”in idarəçiliyinə verilmişdi.

Bununla bağlı qərarı Ermənistanın o vaxtkı hökuməti qəbul edib.

Qeyd edək ki, “Tashır” şirkətlər qrupu Rusiya vətəndaşı olan erməni əsilli milyarder Samvel Karapetyana məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru