Rəfail Becanov:"Bu sifariş birbaşa xaricdən verilib"-VİDEOŞƏRH

17-07-2018, 00:00           
Rəfail Becanov:"Bu sifariş birbaşa xaricdən verilib"-VİDEOŞƏRH
"Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov "Kanal13"-ə Gəncə hadisələrini şərh edib.

O bildirib ki, son günlər ölkədə baş verənlər masştabına görə böyük hadisə və dövlətə qarşı hesablanmış addım idi: "Fikrimcə, mətbuat baş verən hadisələri reallığı ilə çatdıra bildi. Düşünürəm ki, Mingəçevir hadisəsini də təsadüfi saymaq olmaz. Elmar Vəliyevə Gəncədə sui-qəsd edilərkən Bakıda insanlar metrolarda qalmışdı. Məncə, təxribatı hazırlayanlar bunu da hesablamışdılar, amma alınmadı və istəklərinə çatmadılar".

Baş redaktor daha sonra qeyd edib ki, cinayət törədən birini qəhrəman elan etmək cinayətə haqq qazandırmaqdır: "Bu hadisənin arxasında sifariş var və bu sifariş birbaşa xaricdən verilib. Yunis Səfərov isə sadəcə bu işdə atəş açandır".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru