Avropa İttifaqından ABŞ-ı dəliyə döndərəcək İRAN QƏRARI

7-08-2018, 21:59           
Avropa İttifaqından ABŞ-ı dəliyə döndərəcək İRAN QƏRARI
Avropa İttifaqı Fransa, İngiltərə və Almaniyadan İranla bağlı ortaq açıqlama verib: “Avropa İttifaqı hüququna və BMT TŞ-nın qərarına görə, İran ilə qanuni ticarət aparan Avropa firmalarını qorumaq məsələsində qətiyyətliyik”.

Xəbər verdiyimiz kimi, ABŞ İrana qarşı apardığı iki mərhələli yeni embarqo qərarını avqustun 6-dan etibarən tətbiq eləməyə başlayır.

Embarqo çərçivəsində İranın ABŞ dolları ilə ticarət aparmasının qarşısını alaraq, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla kifayətlənib İranın avtomobil ehtiyat hissə ticarəti də məhdudlaşdırılacaq.

Bu embarqolar üçüncü ölkələrə də təsir göstərəcək. ABŞ İran ilə imzalanan nüvə müqaviləsindən imtina edərək bu ölkəyə sanksiya tətbiq edəcəyini və sanksiya qərarına uymayaraq, İran ilə ticarətini davam etdirən digər ölkələri əhatə edəcək şəkildə embarqo kartından istifadə edəcəyini bildirmişdi.

ABŞ embarqosu ərəfəsində İranda dolların kursunun 10 faiz aşağı düşməsi ümid mənbəyi kimi qiymətləndirilsə də, yeni sanksiyaların uzun illər iqtisadi çətinliklər içərisində olan İrana mənfi təsir göstərəcəyi güman edilir.

Təqribən bir həftə ərzində bahalaşmaya qarşı etirazların fonun dolların kursu olduqca dalğalı gedişlər edir. Hökumətin dolların kursunu 4 200 tüməndə sabitləşdirməsinin ardından 1 ABŞ dolları azad bazarda 11 min tümənə satılmışdı.

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin noyabrın 4-də başlanacağı gözlənilir.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.