Tramp Administrasiyası leqal immiqrantlar üçün şərtləri ağırlaşdıracaq

8-08-2018, 22:55           
Tramp Administrasiyası leqal immiqrantlar üçün şərtləri ağırlaşdıracaqPrezident Donald Tramp Administrasiyası nə vaxtsa “Obamakeyr” (Pasiyentlərin müdafiəsi və əlverişli tibbi xidmət haqqında qanun) kimi populyar sosial proqramlardan istifadə etmiş immiqrantların Amerika vətəndaşlığını, yaxud qrin-kart alma prosesini ağırlaşdırmaq barədə təklifini yaxın həftələr ərzində açıqlayacaq.

Azərtac ABŞ KİV-lərinin yaydığı məlumata istinadla xəbər verir ki, Administrasiyanın bu planını həyata keçirmək üçün ABŞ Konqresinin razılığı tələb olunmayacaq. İdeya müəllifi dəfələrlə miqrantların sayının azaldılmasının zəruri olduğunu bildirən Prezidentin köməkçisi Stiven Millerdir. Layihənin şamil olunduğu miqrantların siyahısına ərzaq talonlarından və sosial proqramların digər üstünlüklərindən istifadə edən, ailə üzvlərinə, o cümlədən əlil ailə üzvlərinə qulluq etmək üçün (hətta bu qohumlar ABŞ vətəndaşları olsa belə) dövlətdən yardım alan şəxslər daxildir.

Hüquq müdafiəçilərinin sözlərinə görə, layihənin icrası nəticəsində 20 milyondan çox adam zərər çəkəcək. Daxili Təhlükəsizlik Departamentinin nümayəndəsi NBC News telekanalına açıqlamasında deyib: “Administrasiya sırf amerikalı vergiödəyicisinin müdafiəsi üçün nəzərdə tutulan mövcud immiqrasiya qanunvericiliyinin icrasının təmin olunmasına çalışır. Buna görə də Administrasiyada zəmanət olmalıdır ki, ABŞ-a gəlmək və ya bu ölkədə qalmaq istəyən əcnəbi vətəndaşlar özünəyetərlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru