Prokurorun maşını gülləyə tutuldu 15-01-2016, 12:23 Gürcüstanın Poti şəhərinin prokuroru Aleksandr Qoquadzenin "Hundai" markalı avtomobilinə 4 dəfə atəş açılıb."Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, atəş açılan zaman avtomobili prokurorun özü idarə edirmiş.Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilin sürücü tərəfdəki pəncərəsinin şüşəsi sınıb.Atəş açan şəxs hadisə yerindən qaçıb. Facebook-da paylaş