Ermənilərin atəşi nəticəsində Ağdam sakini yaralanıb

23-01-2016, 10:02           
Ermənilərin atəşi nəticəsində Ağdam sakini yaralanıb
Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə cümə günü, yanvarın 22-si rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Ağdam rayon Güllücə kənd sakini, 58 yaşlı Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.

Hazırda M.Fərəcovun səhhətində heç bir problem yoxdur. O, xəstəxanadan evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru