Gədəbəydə kəndlərlə əlaqə kəsildi

24-01-2016, 13:29           

Bu gecə dağlıq rayon olan Gədəbəyə yağan qar səbəbindən kəndlərin rayon mərkəzi ilə əlaqəsi çətinləşib.

teref.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hazırda dağlıq ərazilərdə qalın qalınlığı 35-40, nisbətən aşağı yerlərdə isə 15-20 sm-ə çatır.

Yolları qardan təmizləmək üçün 33 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi səfərbər edilib. Nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün ağır texnikalar vasitəsilə yollar qardan təmizlənir.

İdarə tərəfindən kifayət qədər həcmdə - 30 ton duz, 550 kubmetr qum ehtiyatı toplanıb və hazırda qum-duz qarışı yollara səpilir.

Eyni hal digər dağ rayonu Daşkəsəndə də müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru