Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi

27-07-2016, 15:37           

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Nazir Fazil Məmmədovun əmri ilə Məmmədov Əflatun Məsim oğlu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinə rəis təyin edilib.
Qeyd edək ki, bu il yaradılan Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinə İlkin Vəliyev rəhbərlik edirdi.
Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Vəliyev vergilər nazirinin müavini təyin edildikdən sonra həmin vəzifə boş qalmışdı.
“AzVision.az”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru