“Petkim”in baş direktoru saxlanıldı - Anar Məmmədov onun yerinə gətirildi (Yenilənib)

28-07-2016, 10:51           

"Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.
Eyni zamanda, S. Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.

Bundan başqa, holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.

Ümumilikdə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib. Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.

***

"Petkim Petrokimya Holding A. Ş."-yə yeni rəhbər təyin olunub.

Holdinqin baş direktoru vəzifəsi Anar Məmmədova həvalə olunub.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru