Dollar yenə qalxdı, avro isə ucuzlaşır...

13-04-2015, 10:48           
Dollar yenə qalxdı, avro isə ucuzlaşır...
Bu gün aprelin 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər də möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,16% bahalaşaraq 1,0537 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0074 manat və ya 0,66% ucuzlaşaraq 1,1161 manat olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.