Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq

24-05-2019, 09:20           
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq
Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr edilir.

Bu əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə veriləcək.

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru