Azərbaycan iqtisadiyyatı 28 il geri düşüb

27-05-2019, 01:22           
Azərbaycan iqtisadiyyatı 28 il geri düşüb
Əgər ÜDM-in artım tempi indiki sürətlə davam edərsə və milli valyuta ABŞ dollarına nisbətdə hazırkı məzənnəni saxlayarsa, bu halda Azərbaycan iqtisadiyyatı 2014-cü il səviyyəsinə 23,5 ildən sonra çata bilər.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, nəzərə alsaq ki, devalvasiyadan 5 il ötüb, onda itkilərin bərpası üçün 28,5 il lazım gələcək.

“Bu ilin 1-ci rübünün nəticələrinə görə ABŞ-da Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz artıb. ABŞ-ın ÜDM-i 2018-ci ildə 19,4 trillion dollar olub, onun 3,2 faizlik illik artımı mütləq mənada 620 milyard dollarlıq əlavə dəyərin yaranması deməkdir. ABŞ ÜDM-nin 1 rübdəki artım tempinin saxlayacağı halda, bu dövlətin yalnız artımdan əldə etdiyi dəyər Azərbaycanın 2018-ci il üçün illik ÜDM-dən 13 dəfə çox olacaq.

Qeyd edim ki, Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46 milyard 939 milyon dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75 milyard 659 dollar) 28 milyard 720 milyon dollar aşağıdır. Bu o deməkdir ki, 2014-cü illə müqayisədə itirilmiş ÜDM-i bu templə 23,5 ilə bərpa edə biləcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru