Xəstəxanada anasının ölümünə görə etiraz edən şəxs HƏBS EDİLDİ - VİDEO

29-05-2019, 13:14           
Xəstəxanada anasının ölümünə görə etiraz edən şəxs HƏBS EDİLDİ - VİDEO
Anasının ölümünə görə 3 saylı Şəhər Klinik Xəstəxanasında etiraz edən vətəndaş həbs edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsinin qərarı ilə, 1979-cu il təvəllüdlü Məmmədov Rəfi Vaqif oğlu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə 20 gün müddətində həbs olunub.

Qeyd edək ki, Rəfi Məmmədov anası Məmmədova Əminə Hüseyn qızının ölümünə görə 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərini günahlandırırdı. O, bildirirdi ki, anası həkim səhlənkarlığına görə dünyasını dəyişib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru