“Katibəsi dedi ki, yanında adam var, gözləsin...”

30-05-2019, 08:18           
“Katibəsi dedi ki, yanında adam var, gözləsin...”
“İndicə mənə Vəkillər Kollegiyasının sədri Anar Bağırov zəng vuraraq dedi: “Siz niyə yalan danışırsınız, niyə yalan deyirsiniz ki, mənim qəbuluma gəlmisiz və katibəm deyib ki, get Aydın müəllimlə görüş? Yalan danışırsız!” deyib otboy verdi”.
“Yeni Sabah” xəbər verir ki, bunu vəkil Şəhla Hümbətova sosiaal şəbəkədə yazıb.

O, bildirib ki, 20 may 2019-cu il tarixdə günorta saatlarında Vəkillər Kollegiyasına gedib və dəftərxanaya şikayət verib. Sonra girişdə receptionda oturan şəxsə deyib ki, kollegiyanın sədri Anar Bağırovla görüşmək istəyir: “Zəng vurdu danışdı, mənə dedi ki, katibəsi deyir yanında adam var, gözləsin.

Xeyli gözlədim, bu an vəkil Adil İsmayilov gəldi, 1-2 dəqiqə söhbət elədik, sonra receptionda olan müəllim yenə telefonla katibə ilə danışıb dedi ki, Anar müəllim deyir getsin Aydın müəllimlə görüşsün.

Mən də dedim ki, onunla artıq görüşmüşəm, nəticəsi olmayıb elə ona görə də Anar müəllimlə görüşmək istəyirəm. Biraz da gözləyib getdim çünki yanındakı adamlarla görüşü uzun çəkəcəcəyini düşündüm”.

Ş. Hümbətova deyib ki, o niyə yalan danışmalıdır ki. 5 aydır bu problemlə üz-üzə olduğunu, amma bir dəfə də bunu ictimailəşdirmədiyini qeyd edir: “Fevral mart aprel aylarında bir neçə dəfə Kollegiyaya gəlib sizə problem barədə danışmaq istəmişəm, amma hər dəfə deyiblər ki, sədr ezamiyyətdədir. Problemi Fərhad Nəcəfova danışmışam, və o biri Fərhad müəllimə. Sonra da Aydın müəllimə. Bu problemlə bağlı hətta bir dəfə Kollegiyadan Elçin müəllim az qala bir saat telefonla penitensiar işçilərə yeni order forması ilə bağlı nəsə izah etməyə çalışıb. Mən kalonda görüşə buraxılmayan anda zəng vurdum ki, Anar müəllimlə danışmaq istəyirəm, dedilər ezamiyyətdədir. Görün nə qədər şahid var- soruşun desinlər.

Əsəbi halda məni yalan danışmaqda ittiham etməkdənsə, problemi həll edin ki, biz də görək bizi müdafiə edən Kollegiya var arxamızda. Vəkilliyin inkişafını, vəkilliyin nüfuzunun artımasını və islahatların təsirini öz üzərimizdə real olaraq hiss edək, təkcə Facebook statuslarından yox”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.