Milyonların ayrıldığı xəstəxanada iynə tapılmır

31-05-2019, 17:51           
Milyonların ayrıldığı xəstəxanada iynə tapılmır
Kanal32.info xəbər verir ki,Mingəçevirdə sahibsiz it 5 yaşlı uşağı dişləyib.

Mingəçevir şəhərinin “Energetiklər” qəsəbəsində həyətyanı sahədə oynayan 5 yaşlı Məhəmməd Ramil oğlu Məhəmmədlini sahibsiz it dişləyib.Uşaq valideynləri tərəfindən dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırılıb.Lakin milyonların ayrıldığı Mingəçevir xəstəxanasında quduzluq əlehinə iynə tapılmayıb.Ona görə azyaşlı uşağa vaksin vurulmayıb. 5 yaşlı Məhəmmədin valideyinlərinin sözlərinə görə,həkimlər yalnız uşağın yarasını sarğı ilə sarıyıb evə göndəriblər.Ancaq uşağın vəziyyəti bizi çox narahat edir,- deyə valideyinləri narazılıqlarını bildiriblər.

P.S.Maraqlıdır,on milyonlarla vəsaitin ayrıldığı bu tibb ocağında niyə dərman çatışmazlığı yaşanır.?Görəsən,orada-burada ağızdolusu keyfiyyətli tibbi xitmətdən danışan xəstəxananın direktoru Könül Ələkbərov az da olsa utanırmı?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru