İxtira, sənaye nümunəsinin mühafizəsinə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri təsdiqlənib

1-06-2019, 07:12           
İxtira, sənaye nümunəsinin mühafizəsinə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri təsdiqlənib
"İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri” təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Tarif (qiymət) Şurasına bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru