"Həkim bu səhvinə görə məsuliyyət daşımaq istəmir..." - GİLEY

7-06-2019, 17:27           
"Həkim bu səhvinə görə məsuliyyət daşımaq istəmir..." - GİLEY
Masallı rayon sakini Əlizadə Seymurun həkim səhlənkarlığına görə iflic olduğu bildirilir. Bu barədə “Qafqazinfo”ya onun anası Sahibə Əliyeva məlumat verib.

O qeyd edib ki, oğlu mayın 3-də Masallı Rayon Mərkəzi xəstəxanasında çanağında tük bitməyə görə əməliyyat olunub: “Əməliyyat sonra oğlum komaya düşüb. Həkim isə bunun vəziyyəti ilə maraqlanmayıb. Gedib gördüm ki, uşağın təzyiqi 0-a düşüb. Cərrah Fəxrəddin Nəzərov əməliyyat zamanı həmin yeri dərindən qazıyıb və sinirlərə toxunub. Oğlumun ayaqları iflic olub. Gözlərinin biri görmür. Cəmi 28 yaşı var. Bu yaşda həkim səhvinə görə belə ağır vəziyyətə düşüb. Həkim isə bu səhvinə görə məsuliyyət daşımaq istəmir və oğlumun vəziyyətinə çox soyuqqanlı yanaşır.



Rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov bir qədər maddi yardım edib. Amma bu elə məsələdir ki, yaxşı müalicə tələb edir. Onu təcili xaricə aparmaq lazımdır, vəziyyəti ağırdır.

“Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Masallı rayonunda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Həkim səhvinin olub olmamasını ekspertiza müəyyənləşdirir. Əgər iddia edildiyi kimi, həkim səhvi olubsa, araşdırma aparan hüquq- mühafizə orqanı məsələyə hüquqi qiymət verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru