Gecə saatlarında paytaxtda sarı zolaqların çəkilişinə başlanılıb - FOTO - VİDEO

9-07-2019, 07:57           
Gecə saatlarında paytaxtda sarı zolaqların çəkilişinə başlanılıb - FOTO - VİDEO
Paytaxtın Ziya Bünyadov prospekti ötən gecə bağlanıb.

APA xəbər verir ki, keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar yollara yenidən sarı zolaqlar çəkilir.

Bu işlər əsasən gecə saatlarında aparılacaq. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev APA-nın müxbirinə verdiyi müsahibədə bildirib ki, bu zolaqların çəkilməsində məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

İlk “Sarı zolağın” çəkilişinə bu axşam saat 00:00 da Ziya Bünyadov prospektində başlanılıb. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılıb və yol nişanları qoyulub. Müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq edilib. Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, sarı zolaqlar ümumilikdə 12 küçə və prospektdə çəkiləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru