Prokuror Bəhruz İbrahimovun qərarı niyə ləğv edildi?
13-11-2015, 23:08
Lerik rayonu Züvüc kəndində 13 yaşlı Lələli Cəmilin qətili ilə bağlı məlumat vermişdik.
Dosye.org-a təqdim olunan fotolardan aydın görünürdü ki, Lələli Cəmil Azad oğlu qolları bağlı halda öldürülüb. Bu barədə ötən yazılarımızda ictimayətə məlumat vermişdik.
Xatırlatmaq üçün bir daha nəzərinizə çatdıraq ki, Lerik rayon prokururu Bəhruz İbrahimov baş verən hadisəyə don geyindirmək məqsədi ilə “intihar etmə” maddəsi ilə cinayət işi açılması üçün prokurorluğun müstəntiqi Elgiz Mehdiyevə göstəriş verib. Üzün sürən prosesdən sonra zərər çəkmiş şəxsin hüquqi varisi Əliyev Xudaquli Nüsrət və onun nümayindəsi Bədirov Xudaşirin Xudaş oğlunun verdiyi şikayət təmin edilib.
Beləliklə Şirvan Apellasiya Məhkəməsi haqlı qərar qəbul edərək işin yenidən araşdırılması üçün Lerik rayon proruroruna göndərib. Müstəntiq Elgiz Mehdiyevin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 11 avqust 2015-ci il tarixində qərarı və Lerik Rayon Məhkəməsinin 04 sentyabr 2015-cil il tarixli 6(048)04 2015 saylı qərarı ləğv edilib. Araşdırmalarımız davam edir…
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.