Azərbaycanda pomidorun qiyməti bir az da qalxdı – 2.5 manat

14-07-2019, 00:08           
Azərbaycanda pomidorun qiyməti bir az da qalxdı – 2.5 manat
Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşmaqda davam edir.
“Yeni Sabah” xəbər verir ki, həftənin əvvəlində 1.20 - 1.60 manat arasında satılan pomidor hazırda 2 – 2.5 manata satılır. Bu qiymət ötən ilin müvafiq dövrü ilə müqayisədə 2-3 dəfə bahadır.

Əslində, 2 manata təklif olunan pomidorlar olduqca keyfiyyətsizdir. Ya bir neçə gündən qalmış, ya da əzilmiş məhsullardır.

Normal pomidorun qiyməti 2.5 manatdan başlayır.

Mütəxəssislər və rəsmi dövlət qurumlarının nümayəndələri bunu havaların soyuq keçməsi ilə əlaqələndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru