Çimərlik ətrafındakı qanunsuz hasarlar söküləcək – XƏBƏRDARLIQ – VİDEO

17-07-2019, 11:17           
Çimərlik ətrafındakı qanunsuz hasarlar söküləcək – XƏBƏRDARLIQ – VİDEO
Xəzər dənizi sanki “boğulur”. Çünki Abşeron yarmadası ərazisində sahil boyu uzanan hasarlarla əhatələnib.

Yeniavaz.com xəbər verir ki, məsələ barədə İctimai Televiziya maraqlı sujet hazırlayıb.

Kanalın hazırladığı sujetdə bildirilib ki, dəfələrlə məsələ barədə tənqidi fikirlər səslənsə də, bu qanunsuz əməllər hələ də davam edir.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.

“Yəqin ki, yaxın gələcəkdə kompleks işlər görüləcək. Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və digər inzibati orqanlarının əməkdaşları da bu işdə iştirak edəcəklər. Bəzi yerlərin özəlləşdirildiyi üçün bu məhkəmə işidir”, - deyə Bayram Həsənov bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru