Müəllimlyi şərəfli zivəyə qaldıran insanlar- Mingəçevirdən bir məktub

17-07-2019, 17:31           
Müəllimlyi şərəfli zivəyə qaldıran insanlar- Mingəçevirdən bir məktub
Teref.az olaraq əsl müəllimlərin olduğunun sübutu olan bu məktubu oxuculara təqdim edir:
Mingəçevirdən bir məktub :

Salam. Sizə məktubum var. Adım Nigardır. Mingəçevirdən yazıram. Foto isə Nailə müəllimənindir. Mənim ən doğma müəlliməmin.Riyaziyyat müəlliməmizdir. İllərdir bizə dərs deyir. Çox sevirik onu. Yeriyə bilmir. Bununla belə bizim üçün gecə-gündüz çalışır. Oxuyaq deyə. Təəssüf ki, bizim ən yaxşı nəticəmizin onu necə xoşbəxt etdiyini sözlə izah edə bilmirəm. Atası Nailə müəlliməni uşaqlıqdan öz qolları üzərində həm məktəbə aparıb, həm də universitet oxutdurub. İndi də bizim məktəbə gətirir. Yox, məqsədim reklam deyil. Rica edirəm, düzgün anlayın. O bizim fəxrimizdir. Qürur duyuruq. İstərdim ki, belə zəhmətkeş müəlliməmiz olduğunu hər kəs bilsin. Öncədən təşəkkür edirəm!"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru