“Qaçqınkom”a rüşvət ittihamı- ŞƏKİDƏN OLAN VƏTƏNDAŞA MƏNZİL VERİBLƏR/ VİDEO

18-07-2019, 19:30           
“Qaçqınkom”a rüşvət ittihamı- ŞƏKİDƏN OLAN VƏTƏNDAŞA MƏNZİL VERİBLƏR/ VİDEO
Sumqayıtda məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə rüşvət ittihamı irəli sürüb.

Sosial mediada yayılan video görüntülərdə köçkünlər iddia edib ki, Şəkidən olan ailəyə rüşvət müqabilində “Qaçqınkom”tərəfindən mənzil verilib. Onlar bildirib ki, 8 min manat verən şəxslər asanlıqla bu qurumdan mənzil ala bilir.

26 ildir acınacaqlı durumda yaşayan köçkünlər dövlətdən kömək istəyib.

Xəbəri gununsesi.org saytı yayıb.

Məsələ ilə bağlı “Qaçqınkom”un da mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.org köçkün yataqxanasından hazırlanan reportajı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru